Şahruddin millinin heyətindən çıxarılıb

Şahruddin millinin heyətindən çıxarılıb
25 Mar 2025 09:17

Şahruddin Məhəmmədəliyev Azərbaycan millisinin heyətindən çıxarılıb.

News365.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna qapıçının zədələnməsi səbəb olub.

Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.


Sizin reklam burada
Sizin reklam burada