Santuş istefaya göndərilə bilər.

Santuş istefaya göndərilə bilər.
27 Mar 2025 21:46

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndərilə bilər.


News365.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Bildirilib ki, “Beşiktaş”dan sonra yığmamızda da nəticələri uğursuz olan portuqaliyalı mütəxəssisin vaxtından əvvəl yola salınması istisna deyil.


Türkiyə KİV-nin yazdığına görə, millimizin Santuşun rəhbərliyi altında keçirdiyi ilk 8 oyunda qələbə qazana bilməməsi və bunun 7-də məğlub olması AFFA rəhbərliyini də narahat edir. Futbol ictimaiyyəti və azarkeşlərin təzyiqinə baxmayaraq, assosiasiya 70 yaşlı çalışdırıcıya bir qədər də vaxt vermək qərarına gəlib.


Yığmamız iyunda daha iki yoldaşlıq görüşü keçirəcək. Əgər komandanın Latviya və Macarıstanla matçlardakı çıxışı da gələcəyə ümid verməsə, Santuş istefaya göndərilə bilər. Bu baş verərsə, millimiz DÇ-2026-nın seçmə mərhələsində başqa mütəxəssisin rəhbərliyi altında mübarizə aparacaq.


Qeyd edək ki, Fernandu Santuşun AFFA ilə müqaviləsi 2028-ci ilə qədərdir.



Sizin reklam burada
Sizin reklam burada