Şahbuzda avtomobil piyadanı vurub

Şahbuzda avtomobil piyadanı vurub
19 Yan 2026 20:20

Şahbuzda avtomobil 40 yaşlı kişini vuraraq öldürüb. 
News365.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Əmrah Gülmalıyevin idarə etdiyi "Niva" markalı avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Samir Əliyevi vurub. S.Əliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır


Sizin reklam burada
Sizin reklam burada