Şagirdlərə məktəbdə mobil telefon qadağası

Şagirdlərə məktəbdə mobil telefon qadağası
17 İyn 2025 09:10

İtaliyada ümumtəhsil məktəblərində orta sinif şagirdlərinin mobil telefonlardan istifadə etməsi qadağan olunub.

News365.az-ın məlumatına görə, bu barədə ölkənin təhsil naziri Cüzeppe Valditara müvafiq qərar imzalayıb.

Qərara əsasən yeni tədris ilindən etibarən orta sinif şagirdlərinə dərs zamanı və ümumiyyətlə məktəbdə olduqları müddətdə mobil telefondan istifadə qadağan ediləcək.

Yalnız xüsusi hallarda - əlilliyi və ya öyrənmə çətinlikləri olan şagirdlərə mobil telefondan istifadəyə icazə veriləcək.

Qeyd edək ki, əvvəllər bu qadağa yalnız ibtidai sinif şagirdlərinə şaml edilirdi. Yeni qaydalar texnologiyanın şagirdlərin diqqətini yayındırmasının və tədris prosesinə mənfi təsirinin qarşısını almağa yönəlib.


Sizin reklam burada
Sizin reklam burada