Azərbaycanda həkimlərin diplomdan sonrakı təhsili və yeni tətbiq edilən Davamlı Peşəkar İnkişaf (DPİ) sistemi ətrafında müzakirələr səngimək bilmir. Mövzu ilə bağlı diqqətçəkən məqamlara toxunan tanınmış LOR mütəxəssisi, iki beynəlxalq cəmiyyətin idarə heyətinin üzvü və vitse-prezidenti Ramil Həşimli şəxsi feysbuk hesabında geniş paylaşım edib.
15 il Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərən mütəxəssis köhnə sertifikasiya sisteminin keyfiyyətsizliyini kəskin tənqid edərək həkimlər arasında yaranan yanlış infomasiya dalğasına da aydınlıq gətirib.
"İnstitutda çalışdığım dövrün böyük hissəsi sertifikasiya sisteminin qurulduğu ilk illərə təsadüf edib, hətta ixtisasımız üzrə sualların yarısının müəllifi olmuş
am. Amma o əski sistemi heç vaxt qəbul edə bilməmişəm. Bizdə imtahan sualları əl-əl gəzdi, proses sadə bir əzbərçiliyə çevrildi, hətta bəziləri bundan aplikasiya yaradıb pul qazandı. Nəticədə imtahan balı yüksək olsa da, öyrənmək və inkişaf tərs mütənasib oldu."
Lakin həkim tibb ictimaiyyəti arasında yeni qərarla bağlı yaranan çaşqınlıqdan və hüquqi savadsızlıqdan giley edib:
"Qərar çıxan kimi bir çox həmkarım heç nəyi tam oxumadan bədbin fikirlər səsləndirməyə başladı. Qərarda uydurma maddələr — '5 ildə azı bir dəfə kurs keçmək' və y
a '2025-ci ildə balı olmasa imtahana girmək' kimi yanlış fikirl ər ortaya atıldı. Nəzərə almırlar ki, qanun geriyə şamil edilmi r. 26 noyabr 2025-ci ildə təsdiqlənmiş qərardan son rakı 35 gün ərzində on minlərlə həkim bunu necə edə bil ərdi? Təəssüf ki, cəmiyyətin ən savadlı təbəq əsi olan həkimlərimizin böyük hissəsi hüquqi qaydalardan xəbərsiz dir."
"Səhiyyə naziri Teymur müəllimin müsahibəsini belə çoxunuz 1 cümlə dinləyib status yazırsınız. Sonra da deyirik ki, niyə cəmiyyətdə bizə münasibət böylədir... Təəssü
f ki, bunu özümüz haqq etmişik. Bu gün istər ölkə daxilində, istə rsə də xaricdə onlayn və əyani şəkildə saysız DPİ imkanları (kurslar, konfranslar, simpoziumlar) var. Lütfən oxuyun, araşdırın və öz üzərinizdə işləyin."