Aİ-nin Ermənistan üzərində təsir imkanları yoxdur

Aİ-nin Ermənistan üzərində təsir imkanları yoxdur
13:29


"Avropa İttifaqının Ermənistan üzərində heç bir təsiri yoxdur". 

News365.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı jurnalistlərlə görüşü zamanı deyib.

Paşinyan bildirib ki, Ermənistanın siyasətinə təsir etmək üçün hər hansı real rıçağa malik qüvvə nə Brüsseldə, nə Qərbdə, nə Cənubda, nə də Şərqdə yerləşir.

"Ermənistanın xarici siyasətinə gəlincə, biz digər dövlətlər kimi şaxələndirmə siyasəti həyata keçiririk. Bu, hər bir ölkənin suveren və qanuni hüququdur", - deyə Ermənistan hökumətinin başçısı qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada