ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qlobal fəlakətə səbəb olacağını bəyan edib.
News365.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
"Əks halda bütün dünya məhv ola bilər. Bu, təkcə ABŞ və ya Yaxın Şərq üçün deyil, bütün dünya üçün fəlakət olacaq", – deyə o bildirib.
Bu arada İsrailin energetika naziri Eli Kohen də bildirib ki, Vaşinqton və Tehran arasında sülh sazişi imzalansa belə, İran nüvə proqramını yenidən bərpa edər və ya ballistik raket proqramını inkişaf etdirməyə davam edərsə, İsrail hərbi zərbə endirəcək.
Nazirin sözlərinə görə, İsrail ölkənin təhlükəsizliyini tam təmin etməyən heç bir razılaşma ilə bağlı öhdəlik daşımır.
Eli Kohen əlavə edib ki, İsrail yaxın üç-dörd il ərzində İranın Hörmüz boğazındakı və husilərin Bab əl-Məndəb boğazındakı təhdidlərini aradan qaldırmağa çalışır.