Sabirabadda obyekt yandı – VİDEO

Sabirabadda obyekt yandı – VİDEO
07 May 2025 11:38

Sabirabad rayonu, Nərimankənd kəndi ərazisində obyektdə yanğın olub. 

News365.az xəbər verir ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.   

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 980 m² olan bir dam altında bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərin birində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.   

Yanğın nəticəsində bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 280 m² olan çayxananın yanar konstruksiyaları yanıb.  Digər obyektlər yanğından mühafizə olunub.



Sizin reklam burada
Sizin reklam burada