Ruslar Poltavada ZRK-ları "İskəndər"lə belə vurdular - VİDEO

Ruslar Poltavada ZRK-ları "İskəndər"lə belə vurdular - VİDEO
06 İyl 2024 11:06

Rusiya hərbçiləri Poltavada Ukraynanın S-300 zenit-raket kompleksi (ZRK) olan hərbi mövqeyinə hücum ediblər.

News365.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, strateji mövqe raket zərbəsi ilə sıradan çıxarılıb: "Raket zərbəsini Koptevo kəndi yaxınlığındakı “İskəndər” kompleksinin ekipajı həyata keçirib. Nəticədə hərbçilər iki S-300 buraxılış qurğusunu, döyüş idarəetmə kabinəsini və Ukrayna Silahlı Qüvvələrinə məxsus avtomobili məhv ediblər".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər