Rusiyada imitasiya olunmuş(qeyri-təbii-red.) kürüyə tələbat mart ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9% artıb. Bu barədə Rusiya mediası "OFD Platform" şirkətinin "Check Index" xidmətinin məlumatlarına istinadən xəbər yayıb.
"İmitasiya olunmuş qırmızı kürünün qiyməti martda 516 rubla qədər artıb (2024-cü ilin mart ayı ilə müqayisədə +14%)",- şirkət qeyd edib.
Analitiklərin fikrincə, təbii qırmızı kürünün orta qiyməti illik müqayisədə 21% artaraq kiloqram üçün 8856 rubl təşkil edib. Mart ayında ruslar qırmızı kürünü illik müqayisədə 13% daha az alıblar.
Tural