Rusiyanın Kiyevə dron hücumu nəticəsində üç nəfər ölüb, 27 nəfər yaralanıb - YENİLƏNİB

Rusiyanın Kiyevə dron hücumu nəticəsində üç nəfər ölüb, 27 nəfər yaralanıb - YENİLƏNİB
13:13

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə gecə hücumu nəticəsində üç nəfər ölüb, 27 nəfər yaralanıb.

Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko teleqram kanalında yazıb.

"İlkin məlumata görə Desnyanski rayonunda üç nəfər ölüb, 27 nəfər yaralanıb (onlardan altısı uşaqdır). Dağıntılar doqquzmərtəbəli yaşayış binasına ikinci mərtəbə səviyyəsində düşüb. Bir neçə mənzil alovlanıb və yanğın dördüncü-yeddinci mərtəbələrdəki eyvanlara yayılıb. Yanğın artıq söndürülüb".

O, qeyd edib ki, beş nəfər xilas edilib. Obolonski rayonunda PUA-nın qalıqları 16 mərtəbəli yaşayış binasına düşüb. Bir mənzilə ziyan dəyib. Yanğın və ya struktur ziyanı olmayıb.

07:17

Bazar günü gecə Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Ukraynanın paytaxtı Kiyevə hücumu nəticəsində azı 26 nəfər yaralanıb.

Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.

"Hazırda 26 nəfərin yaralandığı, onlardan altısının uşaq olduğu məlumdur", - administrasiyanın "Telegram" kanalında paylaşılan məlumatında deyilir.

Məlumata görə, hücumdan Desnyan və Obolon rayonları təsirlənib.

Xüsusilə Desnyan rayonunda PUA doqquzmərtəbəli yaşayış binasının 2 və 3-cü mərtəbələrinə, başqa bir ünvanda isə PUA qalıqları 16 mərtəbəli binaya düşüb. Desnyan rayonundakı məkanlardan birində çoxmənzilli yaşayış binasında yanğın baş verib.

Həlak olanlar barədə məlumat daxil olmayıb.


Sizin reklam burada
Sizin reklam burada