Rusiyada yeni naməlum virus yayılıb

Rusiyada yeni naməlum virus yayılıb
30 Mar 2025 09:36

Rusiyada "Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) naməlum virusa yoluxma ilə bağlı məlumatları nəzarətə götürüb.

Bu barədə idarə öz "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunur ki, agentlik sosial şəbəkələrdə yayılan bütün son məlumatları araşdırır. Eyni zamanda, "Rospotrebnadzor" bəyan edib ki, virusla bağlı vəziyyət nəzarət altındadır.

İlk yoluxmuşların dediyinə görə, hər şey adi ağrı və halsızlıqdan başlayır, lakin bir neçə gündən sonra xəstəlik insanı elə vəziyyətə salır ki, yataqdan qalxmaq mümkün olmur. Bundan əlavə, xəstə qan öskürməyə başlayır və daim yüksək temperaturla mübarizə aparır. Eyni zamanda, COVID-19 və A, B qripi üçün testlər mənfi nəticə verir.

Qeyd olunur ki, bu, mikoplazma pnevmoniyası ola bilər. Analoji hadisə ötən ilin dekabrında da müşahidə edilmişdi.


Sizin reklam burada
Sizin reklam burada