Rusiyada əmək miqrantlarının sayı on il əvvəllə müqayisədə təxminən iki dəfə azalıb. Bu barədə IPEI RANXiQS-nın Sosial Təhlil və Proqnozlaşdırma Mərkəzinin elmi işçisi Yuliya Florinskaya yerli mediaya müsahibəsində məlumat verib.
Qeyd edilib ki, Daxili İşlər Nazirliyinin və açıq mənbələrin məlumatına görə, 2013-2014-cü illərdə Rusiyada hər il orta hesabla 6-7 milyona yaxın əmək miqrantı olub. Hazırda ölkədə 2-3,5 milyona yaxın miqrant yaşayır ki, bu da iki dəfə azdır.
Florinskayanın sözlərinə görə, 2015-ci ildən miqrantların sayında tədricən azalma müşahidə olunur. Bu, iqtisadi tənəzzül və dolların məzənnəsinin əhəmiyyətli dərəcədə artması ilə bağlı ola bilər. Eyni dövrdə Rusiyanın miqrasiya qanunvericiliyinə əhəmiyyətli dəyişikliklər edilib ki, bu da əcnəbilərin əmək bazarına çıxışını çətinləşdirib və onların xərclərini artırıb, miqrantların tədricən xaricə getməsinə səbəb olub.
Tural