Rusiyada daha bir atışma: polis hərəkətə keçdi

Rusiyada daha bir atışma:  polis hərəkətə keçdi
25 İyn 2024 01:35

Rusiyanın Bataysk şəhərində naməlum şəxs travmatik tapançadan atəş açıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumat üzrə Vorovskoqo küçəsinə gələn polis əməkdaşları naməlum şəxsin konstruksiyasına görə travmatik tapançaya bənzər əşyadan atəş açdığını müəyyən ediblər.

“Polis hadisədə iştirak edən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində bir sıra tədbirlər həyata keçirir”, – məlumatda deyilir.

Bataysk şəhərinin meri Roman Voloşin isə Teleqram kanalında vəziyyətin məişət xuliqanlığı kimi qiymətləndirildiyini bildirib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər