Bir neçə günə Moskvada son yüz ilin rekord istiləri başlayacaq

Bir neçə günə Moskvada son yüz ilin rekord istiləri başlayacaq
28 İyn 2024 12:33

İyul ayı Moskvada son yüz il ərzində görünməyən rekord istilərlə başlayacaq.

News365.az xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib.

Qeyd edilir ki, cümə günü Rusiya paytaxtında havanın temperaturu +27-+30-a qədər yüksələ bilər. Həftə sonu isə temperatur artıq 29-32-yə çatacaq. Bununla belə Moskvada yağış da yağa bilər.

"Bazar ertəsi havanın temperaturu +33 dərəcəyə çatacaq və bu 1898-ci ildə qeydə alınmış 32,6 dərəcəlik rekordu qıracaq. Çərşənbə axşamı isə hava daha da isti olacaq. temperatur 31-34 dərəcəyə qədər qalxa bilər. Həmin gün həm də 1890-cı il rekordunu (31,9 dərəcə-red.) qıra bilər", -məqalədə yazılıb.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər