Ermənistanın məşhur "Hraparak" qəzeti Lavrovun irəvan səfəri ilə bağlı diqqət çəkən məqalə dərc edib. Nəşr yazıb: "Hökumət daxilində yayılan məlumatlara görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun səfəri Sünikdə(Zəngəzur-red.) Rusiya konsulluğunun açılması məsələsini həll etməyib. Yada salaq ki, Rusiya tərəfi 2023-cü ildən Sünikdə konsulluq açmağa çalışır. Bu arada 2022-ci ildə Qafanda İran konsulluğu açılmışdı, yaxın günlərdə isə Gorusda Fransa konsulluğu açılacaq.
Rusiya tərəfi may ayının sonuna kimi konkret razılığın əldə olunacağını bildirsə də, mənbələrimiz başqa fikirlər səsləndirib. İddia olunur ki, hər şey ediləcək ki, konsulluğun açılmasının qarşısı alınsın. Dünən Qafandan olan deputat Marina Kazaryandan açılışın niyə yubanmasını soruşduqda o absurd cavab verdi. Deputat problemin merdə olduğunu, ərazi məsələsinin həll olunmadığını, konsulluq üçün ərazi axtardıqlarını deyib. Sən demə gecikmənin də səbəbi bu imiş..."
Tural