"Rusiya yönümlü siyasətçilərin ən böyüyü Köçəryandır"- Elşad Həsənov

"Rusiya yönümlü siyasətçilərin ən böyüyü Köçəryandır"- Elşad Həsənov
19 Fev 2025 15:25

"Təbii ki, Ermənistanda da Rusiya yönümlü siyasətçilər və müxalifət mövcuddur. Onların ən böyüyü isə Köçəryandır."

 Politoloq Elşad Həsənov bunu News365.az-a açıqlamasında deyib.

Medvedev Konfransında Köçəryan, həm iqtisadi, həm də siyasi baxımdan Ermənistanı düzgün yolda aparmayan Paşinyanı sərt tənqid edib. Hətta qeyd edib ki, Paşinyan hakimiyyətə gələndən bəri dövlətin borcu tam 5 milyard dollar artıb və o, Avropa İttifaqına doğru irəliləmək istəyir. Lakin bu yol yanlışdır, çünki Avropa İttifaqı artıq dağılmaq üzrədir, əksinə, Rusiya isə inkişaf edir.

"Yəni elə bir vəziyyət yaranıb ki, müxalifətə sanki Rusiyanın tərəfini tutmaq üçün siqnal verilib və onlar hakimiyyət uğrunda mübarizəyə başlaya bilərlər. Köçəryanın “Moskva həmişə İrəvanı müdafiə edib və bir növ çətir rolunu oynayıb, Ermənistanın yolu Rusiya yoludur” deməsi əslində çox şeydən xəbər verir. Ekspertlər bildirirlər ki, Rusiya Ermənistana son xəbərdarlığını edir. Kreml, Avropa İttifaqının mülki missiyasının sərhəddə istədiyi kimi hərəkət etməsinə göz yummayacaq."


Sizin reklam burada
Sizin reklam burada