Rusiya İstanbul danışıqlarında Ukraynaya iki hissədən ibarət memorandum təqdim edib.
News365.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.
"Biz iki hissədən ibarət olan memorandumu Türkiyə tərəfinə təqdim etmişik. Birinci hissə uzunmüddətli həqiqi sülhə necə nail olunması, ikinci hissə isə tam atəşkəsin mümkün olması üçün hansı addımların atılması ilə bağlıdır”, - V.Medinski qeyd edib.