Rusiyanın Müdafiə Nazirliyində Çinin BAW 212 yolsuzluq avtomobilləri peyda olub. Bu barədə “Motor” saytı məlumat yayıb.
Qeyd edilib ki, Şimali Qafqaz Hərbi Dairəsinə məxsus BAW 212-nin qara nömrəli fotosu artıq aidiyyəti saytda da yayılıb.
"Avtomobil 211 at gücünə malikdir 2,4 litrlik Mitsubishi turbomühərrikli benzin mühərriki ilə təchiz edilib. Güc altı pilləli mexaniki transmissiya vasitəsilə ötürülür. Onun kilidlənməyə qarşı əyləc sistemi və duman əleyhinə işıqları var, kondisioner və sükan gücləndiricisi də mövcuddur. BAW 212 Rusiyaya rəsmi olaraq tədarük edilməyib", - məlumatda qeyd edilib.
Tural