Rusiya DİN-in solisti vəhşicəsinə öldürüldü - FOTO

Rusiya DİN-in solisti vəhşicəsinə öldürüldü - FOTO
30 May 2025 16:58

Rusiya Daxili İşlər Nazirliyinin "Mahnı və rəqs - Gornitsa" ansamblının solisti 38 yaşlı Maria M. Moskvada vəfat edib. 

News365.az bildirir ki, bu barədə "Mash" məlumat yayıb. 

İddialara görə qadın həftələrlə döyülüb və əxlaqsızlığa məruz qalıb. 

Maria M. bədəni göyərmiş halda yaxın dostunun evinə gedib və bu səbəbdən çıxışı qaçırdığını deyib. Dostu ilə qaldığı evdə özünə gəlməyə çalışsa da, iki gün sonra vəziyyəti pisləşib. Dostu təcili tibbi yardım çağıraraq hadisəni sənətçinin atası ilə bölüşüb.  Qadın hadisənin detalları barədə danışmaq istəyirdi, amma buna vaxt tapmayıb. Ön müayinə ölüm səbəbi kimi qabırğa sınığının ağırlaşması göstərilir. 

Qeyd edək ki, Maria M-nin 11 yaşlı qızı var, hazırda qız atası ilədir.



Sizin reklam burada
Sizin reklam burada