Rusiya bazarını tərk edən ABŞ biznesi 300 milyard dollar itirib

Rusiya bazarını tərk edən ABŞ biznesi 300 milyard dollar itirib
18 Fev 2025 13:45

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriev ilk dəfə olaraq anti-Rusiya sanksiyalarının Amerika iqtisadiyyatına vurduğu itkilərlə bağlı məlumatları açıqlayıb. Xarici KİV-in yaydığı məlumata görə, o, bu məlumatı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlamazdan əvvəl rusiyalı jurnalistlərlə bölüşüb.

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri bildirib ki, Amerika biznesmenləri Rusiya bazarını tərk edərkən 300 milyard dollardan çox vəsait itiriblər. Ən çox zərər çəkən İT və media sektorlarıdır.

“Biz belə hesab edirik ki, ABŞ-nin itkiləri Rusiyanın itkilərindən qat-qat çoxdur”, - Dmitriyev əlavə edib.

O vurğulayıb ki, Rusiyanı cilovlamaq siyasəti iflasa uğrayıb və bunu da vicdanla etiraf etmək lazımdır.

Tural


Sizin reklam burada
Sizin reklam burada