Bu gün İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında start verən tarixi danışıqların ikinci hissəsi nahar fasiləsindən sonra başlayıb. Bu barədə RİA Novosti agentliyinə saytın mənbələri məlumat verib.
Aprelin 10-da İstanbulda Rusiya Baş Konsulluğunun binasında Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin ikinci raundu başlayıb.
Cümə axşamı Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bəyan edib ki, İstanbulda danışıqlarda iştirak edən Rusiya və ABŞ nümayəndə heyətləri sülh müqaviləsinin hazırlanması üzərində işi davam etdirirlər.
Əvvəlki Rusiya-ABŞ danışıqları 27 fevral tarixində İstanbulda ABŞ-nın Baş Konsulunun iqamətgahında keçirilib və altı saatdan çox davam edib. Rusiya Xarici İşlər Nazirliyinin yekun bəyanatında bildirilib ki, "müzakirələr məzmunlu və işgüzar şəraitdə keçib". Bundan sonra Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar martın 24-də Ər-Riyadda baş tutub. Müzakirələr 12 saatdan çox davam edib. Ağ Ev və Kreml ekspert qruplarının Səudiyyə Ərəbistanında keçirdiyi görüşdən sonra bəyanat yayıblar.
Tural