Rusiya 9 mayda Dnepropetrovska girməyi planlaşdırıb?

Rusiya 9 mayda Dnepropetrovska girməyi planlaşdırıb?
11:50

Rusiya ordusuna ölkə rəhbərliyindən Dnepropetrovsk vilayətinin inzibati ərazisinə daxil olmaq tapşırığı verilib və bunun üçün işğalçılar istənilən sayda öz əsgəriniq ruban verməyə hazırdır. Bu fikri Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo deyib.


O qeyd edib ki, haqqında söz açdığı istiqamətdə vəziyyət həqiqətən də ağırdır. Meyitlər isə hər yerə səpələnib: "Üstəlik, işğalçı qüvvələrin qarşısına mayın 9-na kimi Dnepropetrovsk vilayətinin sərhədini keçmək tapşırığı qoyulub. Onlar heç bir taktiki və ya strateji tapşırığı yerinə yetirmirlər. Bu əməliyyatdan sırf öz informasiya-psixoloji məqsədləri üçün istifadə etmək istəyirlər",- ekspert deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada