Rumıniyada PUA yaşayış binasına çırpıldı: Yaralılar var

Rumıniyada PUA yaşayış binasına çırpıldı: Yaralılar var
10:00

Rumıniyanın şərqində yerləşən Galați şəhərində pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb.

News365.az xəbər verir ki, insident zamanı partlayış baş verib və mənzillərdən birində yanğın yaranıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Təhlükəsizlik məqsədilə binadan təxminən 70 sakin təxliyə edilib.

Yanğın qısa müddətdə nəzarətə alınaraq söndürülüb.

Qeyd edək ki, daha əvvəl Rumıniyanın şimal-qərbində partlayıcı yük daşımayan başqa bir pilotsuz uçuş aparatının da aşkarlandığı bildirilmişdi.


Sizin reklam burada
Sizin reklam burada