Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17:23

Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi rayonlara şimşək çaxacaq, dolu düşəcək.

Bu barədə News365.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.


Sizin reklam burada
Sizin reklam burada