Reabilitasiya mərkəzində 14 yaşlı uşağa zorakılıq edilib

Reabilitasiya mərkəzində 14 yaşlı uşağa zorakılıq edilib
19:00

Türkiyədə 14 yaşlı daun sindromlu, autizmli və epilepsiya xəstəsi olan uşağın xüsusi reabilitasiya mərkəzində zorakılığa məruz qalıb.

News365.az xəbər verir ki, uşağın atası oğlunu evə gətirdikdən sonra onun çiynində, qulağında, kürəyində və boyun nahiyəsində xəsarət izləri aşkarlayıb. Bundan sonra o, uşağı xəstəxanaya apararaq tibbi müayinədən keçirib.

Ata hüquq-mühafizə orqanlarına müraciət edərək məsul şəxslərdən şikayət edib. 

Hadisə ilə bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada