ABŞ-nin yarımkeçirici istehsalçısı "Intel" şirkəti Avropadakı istehsal gücünü artırmaq, eləcə də süni intellekt və yüksək məhsuldarlıqlı hesablamalar üzrə qlobal tələbatı qarşılamaq məqsədilə İrlandiyadakı müəssisəsinə 5 milyard avro (5,7 milyard dollar) həcmində investisiya qoymağa başladığını elan edib.
News365.az xəbər verir ki, şirkətin bazar ertəsi günü verdiyi bəyanatda bildirilir ki, bu addım Dublin yaxınlığındakı Leykslip (Leixlip) şəhərciyində yerləşən Avropa istehsalat bazasının gücünü maksimuma çatdırmağa imkan verəcək. İnvestisiya mövcud istehsal həcminin artırılmasına, tədqiqat və təkmilləşdirmə (R&D) fəaliyyətlərinin genişləndirilməsinə, həmçinin mövcud təmiz zona ("cleanroom") sahələrindən tam səmərəli istifadə olunmasına xidmət edəcək.
News365.az