Röya etiraf etdi: "Sağ- solu və saatı bilmirəm"

Röya etiraf etdi: "Sağ- solu və saatı bilmirəm"
15:21

Müğənni Röya Ayxan özünün gündəlik həyatda yaşadığı çətinliklərlə bağlı maraqlı etiraf edib.

News365.az xəbər verir ki, o, istiqamətləri və hətta saatı belə tez-tez qarışdırdığını deyib. Sənətçi bildirib ki, bu səbəbdən bəzi rəsmi tədbirlərdə qeyri-adi situasiyalarla üzləşib.

"Mən sağla solu çox zaman səhv salıram, saatı da qarışdırıram. Səhər durub deyirəm ki, axşam filan yerə gedəcəyik, deyirlər ki, axşam yox, səhər. Yenə də axşam deyirəm. Bir dəfə dövlət tədbirinə getmişdik. İnsanlar elə bilirlər ki, hər şey qaydasındadır, mən də qabaqda gedirdim. Kənardan deyirlər: ‘İndi sağa dönün’, amma mən düz gedirəm."


Sizin reklam burada
Sizin reklam burada