Reytinq rekordu qıran “Uzak şehir” izləyicilərinə BƏD XƏBƏR

Reytinq rekordu qıran “Uzak şehir” izləyicilərinə BƏD XƏBƏR
04 Yan 2026 15:39

Bazar ertəsi axşamları milyonlarla tamaşaçını ekran qarşısına toplayan “Uzak şehir” serialının bu həftə yeni bölümünün yayımlanıb-yayımlanmayacağı hələ də dəqiqləşməyib.

Serial kanalın bu həftəki efir proqramında da yer almayıb.

Ötən həftə yeni bölüm əvəzinə təkrar seriyanın nümayiş olunması tamaşaçılarda narazılıq və məyusluq yaradıb. Bu vəziyyətin əsas səbəbi kimi serialın baş rol ifaçısı Ozan Akbabanın çəkilişlərdə iştirak edə bilməməsi göstərilmişdi. Məlumata görə, Akbaba həyat yoldaşı Buket Arıkanın keçirdiyi ürək əməliyyatı səbəbilə onun yanında olub və yeni bölüm çəkilişlərinə qatıla bilməyib.

Reytinq rekordu qıran “Uzak şehir” serialının yanvarın 5-də yenidən çəkilişlərə başlayacağı bildirilib.


Sizin reklam burada
Sizin reklam burada