Astanada 107 yaşlı «Egemen Qazaqstan» qəzetində I Türkoloji Qurultaydan danışdılar

Astanada 107 yaşlı «Egemen Qazaqstan» qəzetində I Türkoloji Qurultaydan danışdılar
13:07

Qazaxıstanın «Egemen Qazaqstan» qəzetində I Türkoloji Qurultayın 100 illiyi münasibəti ilə dəyirmi masa təşkil olunub. Dəyirmi masa ətrafında müzakirələrdə 1926-cı ildə Bakıda keçirilən I Qurultayda iştirak edən mərhum insanların ruhu yad ediblib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, Özbəkistan Respublikası Repressiya Qurbanları Dövlət Muzeyinin baş elmi işçisi Bəhrom İrzayev, Beynəlxalq Türk Akademiyasının eksperti, fəlsəfə doktoru Nurdin Useyev, Əhməd Baytursunlu adına Dilçilik İnstitutunun Əhmədşünaslıq şöbəsinin müdiri, fəlsəfə doktoru Ermuhamet Maralbek iştirak ediblər.

Qurultay öncəsi keçirilən dəyirmi masa ətrafında elm adamları  həmin dövrün tarixi şəxsiyyətləri və türkoloqlarının iştirak etdiyi bu tədbirin hər bir türk ölkəsinin tarixində mühüm yer tutduğunu söyləyiblər.  Eyni zamanda bildiriblər ki, I Türkologiya  Qurultayı, 20-ci əsrdə ortaq tarix və taleyi bölüşən xalqların elmi və mədəni həyatında xüsusi yer tuturdu. 1926-cı ildə Bakıda keçirilən türkoloqların ilk qurultayı zehnimizdə əbədi qalacaq bir xatirədir. Bu, türk xalqları bir birinə bağlayan və  xalqla birlikdə yaşayan bir fikir zənciridir. Bir əsr əvvəl başlayan səs bu gün yenidən eşidilir. 

Qazaxıstandan və Özbəkistandan , Qırğızsıtandan 1926-cı ildə Bakıya gələn Əhməd Baytursunoğlu, Eldes Öməroğlu, Nəzir Törekulov, Bilal Süleyevin, Nemət Hakimi,  Münəvvər Kori Abdurəşidov, Qasdım Tınıstanov, bazarkul Daniyarov və başqalarının Qurultaydakı iştirakları və məruzaələri hazqında əldə olan materiallar müzakirə olunbub. Ortaq dil və əlifba, terminologiya lüğətlərinin hazırlanmasında onların da böyük arziuları olduğu dilə gətirilib. 

Qazaxıstanın «Egemen Qazaqstan» qəzetində toplaşan dəyirmi masa iştirakçıları bildiriblər ki, Türk xalqlarının ortaq dili və ortaq yaddaşı qorumaq istəyi hələ də aktualdır. Bu tarixi toplantı elmin, düşüncə azadlığının və mənəvi birliyin simvoludur. Nə qədər zaman keçsə də, onun mənası azalmır.

Dəyirmi masada müzakirə olunan məsələlər eyni zamanda «Egemen Qazaqstan» qəzetində geniş  işıqlandırılıb.( https://egemen.kz/article/406648-turkitanudynh-izashar-dgiyny-ghasyrdan-da-uzaq-un ).




Sizin reklam burada
Sizin reklam burada