"Biz günəş axtarırdıq, Bakı bizə həm günəş, həm də fırtına verdi” - Məhşur filmdən

"Biz günəş axtarırdıq, Bakı bizə həm günəş, həm də fırtına verdi” - Məhşur filmdən
09:15
Yeniyetməlik dövrümdə TV-də Polşa komediyası "Topçu Dolasın Macəraları" adlı filmə baxmış idim. Sonradan öyrənmişəm ki, burada Suriyada baş verən hadisələr əslində gözəl və mistik Bakı şəhərində çəklilib.
Çəkiliş qrupu İçərişəhərdə işləyib. Qala divarları və dar küçələr əlavə tikililərə ehtiyac olmayan təbii dekorasiya olub. Tadeuş Xmelyevski filmin ikinci hissəsində Françişek Dolasın Fransız Xarici Legionuna düşdüyü kadrları çəkmək üçün məhz İçərişəhəri seçmişdi. O dövrdə bir çox Şərqi Avropa və Cənubi Amerika kinematoqrafçıları üçün "Şərq" atmosferini ən inandırıcı şəkildə əks etdirən yer Bakı idi.
Filmin bəzi kadrlarında məşhur 15-ci əsr minarəsi görünür. Maraqlıdır ki, filmin sonradan rənglənmiş versiyasında bu minarəni mavi çalarlarla bəzəyiblər.
Qeyd edim ki, film orijinalda ağ-qara çəkilib. Lakin 2000-ci illərin əvvəllərində polşalı mütəxəssislər onu rəngləyərkən Bakının günəşli, qum rəngli divarlarını və Xəzər dənizinin ab-havasını elə təbii bərpa ediblər ki, tamaşaçı həqiqətən də Suriyada olduğunu düşünür.
Məscidin minarələrinin rənglənməsi üçün xüsusi icazə alıblar. 1899-cu ildə Bakı milyonçusu, xeyriyyəçi, Hacı Şeyxəli ağa Dadaşov xeyriyyə məqsədilə Came məscidinin qalıqlarının yerində tamamilə yeni məscid olan Cümə məscidini tikdirmişdi ki, bura da mədəni-tarixi abidə idi.
Filmdəki kütləvi səhnələrdə və bəzi epizodik rollarda Azərbaycan aktyorları və yerli sakinlər çəkilib. Onlar ərəb bazarı sakini, legioner və ya liman işçisi obrazlarını canlandırıblar.
Ssenariyə görə, Dolas Suriyada qum fırtınasına düşməli və səhrada azmalı idi. Lakin İçərişəhər nə qədər "şərq" ab-havası versə də, orada təbii qum fırtınası yaratmaq çətin idi. Çəkiliş qrupu Bakı ətrafındakı ərazilərdən istifadə etdi. Beləliklə, İçərişəhərdəki "Suriya şəhəri" ilə yanaşı filmdə "Suriya səhrası" da yaradıldı.
Rejissor Tadeuş Xmelyevski Bakının qum rəngli divarlarını olduğu kimi saxlayıb, sadəcə bəzi qapıların üzərinə ərəbcə lövhələr və fransızca hərbi nişanlar asmaqla şəhəri tamamilə dəyişmişdi.
Aktyorlar və çəkiliş qrupu xatirələrində və müsahibələrində qeyd edirlər ki, çəkiliş fasilələrində yerli sakinlər onlara çay və meyvə gətirir, hətta bəzən kadrın içinə girib polyak aktyorlarla söhbət etməyə çalışırmışlar.
Onlar deyirdilər Bakının memarlığı onları heyran etmişdi. Marion Koçinyak bir xatirəsində qeyd edirdi ki, onlar dar küçələri çəkiliş üçün bağlayanda yerli sakinlər heç vaxt narazılıq etmirdilər:
"Biz saatlarla eyni küçədə qaçış səhnələrini çəkirdik. Evlərin eyvanlarından insanlar bizə baxırdı. Bəzən qoca nənələr eyvandan boylanıb bizə nəsə deyirdilər, biz anlamırdıq, amma gülüşlərindən və əl hərəkətlərindən hiss edirdik ki, bizə uğurlar arzulayırlar. Azərbaycan xalqının o səbri və qonaqpərvərliyi məni çox kövrəltmişdi."
Filmdə Dolasın qarşılaşdığı yerli sakinlərin bəziləri kadrda nəsə danışırlar. Əslində, ssenari üzrə onlar ərəbcə danışmalı idilər. Lakin diqqətlə qulaq asanda bəzi səhnələrdə arxa fonda azərbaycanca sözlər və ya Bakı ləhcəsində replikalar eşidilir. Polyak montajçılar bu səsləri "ekzotik şərq dili" kimi saxlamışdılar.
Bakı xatrələrini müshaibə verən zabit rolundakı polyak aktyor qeyd edir ki, ssenariyə uyğun olaraq çox ciddi və sərt görünməli idi.
Amma o, İçərişəhərin dar küçəsində "Sıraya düzül!" əmrini bağıranda, yaxınlıqdakı evlərdən birinin pəncərəsindən bir Azərbaycanlı ana başını çıxarıb bunlara acıqlanırmış:
"A bala, niyə qışqırırsan, uşaq yatıb!"
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada