Respublikaçılar Trampa tariflərlə bağlı təzyiq edirlər - "The Washington Post"

Respublikaçılar Trampa tariflərlə bağlı təzyiq edirlər - "The Washington Post"
09 Apr 2025 09:33

ABŞ-nin Respublikaçılar Partiyasından olan qanunvericilər prezident Donald Tramp administrasiyasına rüsumları aradan qaldırması və ya heç olmasa bundan sonra yaranmış situasiya ilə bağlı nə edəcəyi ilə bağlı daha ətraflı strategiya təqdim etməsi üçün təzyiq edirlər. Bu barədə "The Washington Post" qəzeti yazıb.


Məqalədə qeyd edilib ki, onların bir çoxu Trampı tənqid etməyə cəsarət etmir və onunla eyni mövqedə qalır. Lakin onlar da sonda “siyasi cavab” verməli olacaqlarından narahatdırlar. Bu, ABŞ iqtisadiyyatının hazırkı prezidentin qərarları səbəbindən geriləməsi halında baş verə bilər.


"The Washington Post" yazır ki, Respublikaçılar Partiyası tariflərin “müvəqqəti danışıqlar taktikası” olduğuna ümid edir.

Aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Tariflərin baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə xeyli yüksək olub. Çin üçün 34, Vyetnam üçün 46 və Avropa İttifaqı üçün 20% rüsum tətbiq edilib. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq etdi. Dünya liderləri Trampın qərarını pisləyərək qisas alacağı ilə hədələyiblər.

Tural


Sizin reklam burada
Sizin reklam burada