Rasim Balayevin yerinə kim seçiləcək?

Rasim Balayevin yerinə kim seçiləcək?
12:26

Mayın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçiriləcək.

News365.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib.

    Qeyd edilib ki, İdarə Heyətinin iclasında qurultayın vaxtı təyin ediləcək, gündəliyi təsdiqlənəcək və katibliyin gördüyü işlər barədə hesabat dinləniləcək.

    Həmçinin ittifaqdan bildirilib ki, qurultay mayın 21-dən sonra keçiriləcək.

    Xatırladaq ki, ittifaqın keçmiş sədri Rasim Balayev olub. O, martın 29-u vəfat edib.


    Sizin reklam burada
    Sizin reklam burada