Ramazan ayının on beşinci gününün imsak və iftar vaxtları

Ramazan ayının on beşinci gününün imsak və iftar vaxtları
14 Mar 2025 22:10

Sabah Ramazan ayının on beşinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 15-də imsak vaxtı saat 05:26-da, iftar vaxtı isə 19:02-dədir.

Martın 15-i üçün namaz vaxtları:

Sübh azanı05:31
Zöhr azanı12:49
Əsr azanı17:01
Məğrib azanı19:02
İşa azanı20:03

On beşinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

"Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin!"

Tərcüməsi:

"İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!"

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Allah orucunuzu qəbul eləsin!


Sizin reklam burada
Sizin reklam burada