Monteneqro Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişi layihəsini yüksək qiymətləndirir.
Bu barədə Monteneqro Xarici İşlər Nazirliyinin “X”dəki paylaşımında vurğulanıb.
“Bu, regionun sabitliyinə, Avropa və qlobal təhlükəsizliyə böyük töhfədir. Monteneqro sülh, təhlükəsizlik, sabitlik və iqtisadi rifah məqsədlərinə çatmaq üçün hər iki dost ölkə ilə tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə və onlarla sıx əməkdaşlığa ümid edir”, - paylaşımda əlavə olunub.