Bu gün Misli Premyer Liqasında 27-ci tur start götürüb.
3-cü dövrənin son turunun ilk günündə 1 oyun keçirilib.
"Araz-Naxçıvan" "Şamaxı"nı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Beləliklə, naxçıvanlılar hazırda turnir cədvəlində 47 xalla 3-cüdür. "Şamaxı" isə ən ayın 16-a qədər 28 xalla 6-cı yerə yüksəlib.
Qeyd edək ki, 27-ci turun digər oyunları 15 və 16 mart tarixlərində keçiriləcək.
14 mart
19:00. “Araz-Naxçıvan” – “Şamaxı” - 1:1
Qollar: Bernardo Dias, 39 (1:0), Cəlal Hüseynov, 68 (1:1)
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Liv Bona Dea Arena
15 mart
17:00. “Kəpəz” – “Qarabağ”
19:30. “Sabah” – “Zirə”
16 mart
16:00. “Səbail” – “Neftçi”
18:30. “Turan Tovuz” – “Sumqayıt”