Tramp Putinlə telefonla danışıb

Tramp Putinlə telefonla danışıb
19:50

ABŞ Prezidenti Donald Tramp ötən gün rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışdığını açıqlayıb.

 D.Tramp bu barədə özünün "Truth Social" hesabında məlumat verib.

D.Tramp bildirib ki, o, Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakirələr keçirib.

ABŞ lideri əlavə edib ki, hazırda Ukraynadakı münaqişəyə son qoymaq üçün çox yaxşı şans var.

D.Tramp rusiyalı həmkarından Kursk vilayətində Ukrayna qoşunlarının tamamilə mühasirəyə alınmış qüvvələrini bağışlamağı xahiş edib.


Sizin reklam burada
Sizin reklam burada