QHT sədri barəsində həbs qərarı verildi

QHT sədri barəsində həbs qərarı verildi
14 Mar 2025 21:35

Məhkəmə qeyri-hökümət təşkilatının rəhbəri barəsində həbs qərarı verib.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında adıçəkilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada