“İri şəhərlərdə yaranan sıxlığı nisbətən azaltmaq məqsədilə bölgə universitetlərinə tələbə qəbulu planını artırmaq lazımdır”.
News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat onu da vurğulayıb ki, bazarın tələblərini nəzərə alaraq yeni ixtisasların yaradılması istiqamətində səylər daha da gücləndirilməlidir.
“Həmçinin peşə bölgə təhsilinə marağın artırılması istiqamətində işlər görülməlidir. Bu gün təxminən 200 minə yaxın şəxs ölkəmizdə ali, 30 minə yaxın şəxs isə peşə təhsili alır”,-deyə C.Məmmədov qeyd edib.