Zelenski gileyləndi: "Vəziyyət çox çətindir"

Zelenski gileyləndi: "Vəziyyət çox çətindir"
14 Mar 2025 23:25

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində keçirdikləri əməliyyatla Rusiya qüvvələrini digər ərazilərdən uzaqlaşdıraraq öz vəzifəsini yerinə yetirib.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"İndi vəziyyət çox çətindir. Bu əməliyyata görə əsgərlərimizə ancaq təşəkkür edə bilərəm. Onlar, tapşırığı yerinə yetirdilər. Əvvəlcə Xarkov istiqamətində təzyiq azaldı, sonra onlar qoşunlarını şərq istiqamətindən çıxarmağa başladılar. Düşünürəm ki, hazırda Pokrovsk istiqamətində vəziyyət stabildir”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, son bir həftə ərzində Rusiya ordusu Kursk vilayətinin bir çox yaşayış məntəqəsini, o cümlədən 7 aydan artıq Ukraynanın nəzarətində olan Sudja şəhərini nəzarətə götürüb.


Sizin reklam burada
Sizin reklam burada