Putin Trampın Kurskla bağlı əfv çağırışından danışdı

Putin Trampın Kurskla bağlı əfv çağırışından danışdı
14 Mar 2025 21:12

“Donald Tramp və ABŞ administrasiyası Moskva ilə Vaşinqton arasında münasibətləri bərpa etmək üçün hər şeyi edir.”

Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Putin deyib ki, o, Trampın Kursk vilayətində Ukrayna qoşunlarını əfv etmək çağırışı ilə tanış olub.

Rusiya prezidenti qeyd edib ki, ukraynalı hərbçilər Kursk vilayətində silahı yerə qoysalar, onlara yaşamaq hüququ və layiqli rəftar təmin ediləcək.

Putin əlavə edib ki, Kiyev Trampın çağırışını həyata keçirmək üçün Kursk vilayətindəki hərbçilərinə təslim olmaq əmri verməlidir.


Sizin reklam burada
Sizin reklam burada