Qusarda evdə yanğın olub, bir nəfərin meyiti tapılıb

Qusarda evdə yanğın olub, bir nəfərin meyiti tapılıb
12 Okt 2026 16:20

Qusar rayonunun Xuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.

News365.az-ın məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

    Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.

    Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.

    Hadisənin təfərrüatları dəqiqləşdirilir.


    Sizin reklam burada
    Sizin reklam burada