Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokuna bu gün yekun vurulacaq

Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokuna bu gün yekun vurulacaq
09:33

Qubada keçirilən yeniyetmə cüdoçular arasında Avropa Kubokuna bu gün yekun vurulacaq.

Yarışın ikinci günündə oğlanlarda 73, 81, 90 və +90 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.

Qızlarda isə 57, 63, 70 və +70 kq-da medalçılar müəyyənləşəcək.

Qeyd edək ki, ötən gün Azərbaycan təmsilçiləri 12 medal qazanıblar. Ölkəni yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.


Sizin reklam burada
Sizin reklam burada