Maldiniyə vəzifə verildi

Maldiniyə vəzifə verildi
12 İyl 2026 20:45

İtaliya Futbol Federasiyasının yeni texniki direktoru bəlli olub.

News365.az xəbər verir ki, bu vəzifəyə ölkənin əfsanəvi futbolçusu Paolo Maldini gətirilib.

Onunla 4 illik müqavilə nəzərdə tutulub.

İtaliya futbol tarixinin əfsanələrindən sayılan Maldini karyerası ərzində "Milan"da çıxış edib. Keçmiş müdafiəçi yığmanın heyətində 126 oyunda 7 qolla yadda qalıb.

O, həmçinin dünya çempionatında bir dəfə gümüş və eyni sayda bürünc medal qazanıb.


Sizin reklam burada
Sizin reklam burada