İsrailin Baş naziri Binyamin Netanyahu amerikalı respublikaçı senator Lindsi Qremin dəfn mərasimində iştirak etmək imkanını nəzərdən keçirir.
Bu barədə "The Times of Israel" nəşri hökumət başçısının dəftərxanasındakı mənbəyə istinadən məlumat yayıb.
Vidalaşma mərasiminin tarixi və vaxtı hələlik rəsmən elan olunmayıb.
Nəşrin məlumatına görə, Netanyahu eyni zamanda Ağ Evlə Baş nazirin yaxın həftələrdə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşünün təşkil olunması ilə bağlı razılaşmaları davam etdirir.
Xatırladaq ki, bu gün, iyulun 12-si bazar günü respublikaçı senator Lindsi Qremin qəfil vəfatı ilə bağlı xəbər yayılıb. Amerika mediasının məlumatına görə, onun ölümünə səbəb ürək tutması ola bilər.
İsrailin Baş naziri amerikalı siyasətçinin vəfatı ilə bağlı başsağlığı verərək qeyd edib ki, senator bütün ömrünü ABŞ-ın müdafiəsinə, Amerika-İsrail ittifaqının möhkəmləndirilməsinə və "azad dünya"nın dəstəklənməsinə həsr edib.
"İsrail özünün ən böyük dostlarından birini itirdi. Amerika böyük bir vətənpərvər itirdi. Mən isə əziz bir dostumu itirdim", - deyə Netanyahu bildirib.