Bu gün “Zirə” Konfrans Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını qəbul edib.
Görüş saat 20:00-da start götürüb.
Qəsəbə təmsilçisi cütün taleyini böyük ölçüdə həll edib. Qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da baş tutacaq.
20:00. “Zirə” (Azərbaycan) – “Torpedo” (Kutaisi, Gürcüstan) 3:0
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.