Qubada dağlıq ərazidə yanğın başlayıb

Qubada dağlıq ərazidə yanğın başlayıb
23 Avq 2025 15:40

Quba rayonu, Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.

News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.



Sizin reklam burada
Sizin reklam burada