Pakistanda sərhəd bölgəsində hücum: 11 hərbçi həlak olub

Pakistanda sərhəd bölgəsində hücum: 11 hərbçi həlak olub
10:44

Pakistanda Əfqanıstanla sərhəd yaxınlığında silahlıların hücumu nəticəsində 11 hərbçi həyatını itirib.

News365.az xəbər verir ki, məlumatı “Reuters” etibarlı mənbələrə istinadla yayıb. Bildirilir ki, hücum nəticəsində ölənlər arasında Pakistanın hərbiləşdirilmiş qüvvələrinin 9 əsgəri və 2 zabiti var.

İlkin məlumatlara görə, hərbçilər silahlı qruplaşma üzvlərinin qurduğu pusquya düşüblər. Hadisə ilə bağlı araşdırma aparılır.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada