İrem Derici saxlanıldı

İrem Derici saxlanıldı
09:12

Türkiyəli məşhur müğənni İrem Derici narkotikdən istifadəni təbliğ etməkdə ittiham edilərək saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində 38 yaşlı müğənni narkotikdən istifadəni təbliğ etmək ittihamı ilə Şişlidəki evində jandarma qrupları tərəfindən saxlanılıb.

Onun vəkili Ayşegül Mermer məşhur müğənninin saxlanmasını təsdiqləyib.

“İrem Derici ilə aparılan proses çərçivəsində onun ifadəsini almaq üçün jandarma bölməsinə gedirik. Hələlik məsələ ilə bağlı rəsmi məlumat almamışıq. Proses aydınlaşdıqca ictimaiyyətə məlumat veriləcək”, - o qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada