Nazirlər hansı universitetləri bitirib? - SİYAHI

Nazirlər hansı universitetləri bitirib? - SİYAHI
22:10



News365.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az araşdırma aparıb.


Nazirlərin məzun olduqları ali məktəbləri təqdim edirik: 


Elm və təhsil naziri Emin Əmrullayev - 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alaraq təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirmişdir. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə magistr pilləsində təhsilini davam etdirib.


2010-2012-ci illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb;


Daxili işlər naziri Vilayət Eyvazov- Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib;


Energetika naziri Pərviz Şahbazov- 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib;


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov- 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb;


Ədliyyə naziri Fərid Əhmədov- Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. 2004-cü ildə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisasını fərqlənmə diplomu ilə bitirib;


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev- 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavrı bitirib. 2002-ci ildə magistr dərəcəsi alıb;


Gənclər və idman naziri Fərid Qayıbov - 1995- ci il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib;


İqtisadiyyat naziri Mikayıl Cabbarov - 1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb;


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov- 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Ümumi İqtisadiyyat: Mühasibat uçotu və Audit" ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr (MBA) təhsili alıb;


Maliyyə naziri Sahil Babayev- Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib;


Mədəniyyət naziri Adil Kərimli-1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistratura pillələrini bitirib;


Müdafiə naziri Zakir Həsənov-1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey bitirib. 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey bitirib. 1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib;


Müdafiə sənayesi naziri Vüqar Mustafayev- 2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə Menecment ixtisasına daxil olmuş, 2008-ci ildə fərqlənmə ilə bitirib. 2010 -2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixsitsası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr proqramı üzrə məzun olub;


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev-1994–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr təhsili almış, 2000-2002-ci illərdə isə ABŞ-nin Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib;


Səhiyyə naziri Teymur Musayev-1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub və 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.


Xarici işlər naziri Ceyhun Bayramov - Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.


Sizin reklam burada
Sizin reklam burada